Araz Abdullayev: “Peşəkar idmana ölkəmizdə lazımi maliyyə dəstəyi göstərilmir”
18.06.2008 - 14:04
Araz Abdullayev: “Peşəkar idmana ölkəmizdə lazımi maliyyə dəstəyi göstərilmir”
Bakı. Kənan Həsənov - APA-Sport. “Azərbaycanda Peşəkar Boks Federasiyasının əsası 1991-ci ildə qoyulub. Əməli fəaliyyətə isə 8 il öncə başlamışıq. Ölkəmizdə bu sahədə yetərincə istedadlı boksçular var. Onların bir qismi hazırda Almaniyada döyüşlər keçirirlər. Azərbaycanın ən layiqli təmsilçilərindən biri də Əli İsmayılovdur”. “APA-Sport” agentliyinin məlumatına görə, bunu Peşəkar Boks Federasiyasının vitse-prezidenti Araz Abdullayev deyib. A.Abdullayev bu gün təşkil edilən mətbuat konfransında peşəkar boksda ciddi maliyyə probleminin olduğunu bildirib: “Bu idman növünün böyük tarixi olsa da, ölkəmizdə tam formalaşmayıb. Peşəkar idmana ölkəmizdə lazımi maliyyə dəstəyi göstərilmir. Bu səbəbdən çox böyük problemlərimiz olur. Boksçularımızın xarici səfərlərini təşkil etmək üçün ordan-burdan pul tapırıq. Bir sözlə, sponsorlara ehtiyacımız var”.
0