FİVB milli komandalarda oyunçuların sayının artırılması haqda qərar çıxarıb
18.06.2008 - 15:19
FİVB milli komandalarda oyunçuların sayının artırılması haqda qərar çıxarıb
Bakı. Kənan Həsənov - APA-Sport. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Voleybol Federasiyasının (FİVB) Konqresi keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, toplantıda bir neçə vacib yeniliklər qəbul edilib. Belə ki, Konqres üzvləri komandalarda oyunçuların sayının 12-dən 14-dək artırılması haqda qərar çıxarıblar. Həmçinin, bundan sonra klubların iştirak ərizəsinə bir deyil, iki liberonun adının daxil edilməsinə razılıq verilib. Yeniliklər 2009-cu il yanvarın 1-dən qüvvəyə minəcək. Konqres FİVB prezidenti Ruben Akostanın istefasını da qəbul edib. Meksikalının səlahiyyətlərinin müddəti avqustun 24-də başa çatacaq. Bundan bir gün sonra isə qurumun yeni rəhbəri Vey Çjiçjun fəaliyyətə başlayacaq. Çinli funksioner hazırda FİVB-nin vitse-prezidenti postunda çalışır.
0