Rauf Əliyev: “Çox güman ki, Elxan Məmmədovla müqavilənin müddəti artırılacaq”
24.06.2008 - 16:58
Rauf Əliyev: “Çox güman ki, Elxan Məmmədovla müqavilənin müddəti artırılacaq”
O, assosiasiya ilə müqaviləsinin vaxtı gələn ay başa çatacaq Elxan Məmmədovun fəaliyyətindən razı qaldığını bildirib: “Məmmədov normal, kollegial, şəffaf çalışır. O, cavan və işgüzardır. Keçmişlə müqayisə etsək, baş katibliyin fəaliyyətində yerlə göy qədər fərq var. Hesab edirəm ki, Məmmədov AFFA-da qalıb, işini davam etdirməlidir”.
Qeyd edək ki, E.Məmmədov 2007-ci il iyulun 13-də AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyev tərəfindən baş katib vəzifəsinə təyin olunub. Assosiasiyaya gələnədək biznes sahəsində çalışan 29 yaşlı E.Məmmədov baş katib postunda Fuad Əsədovu əvəzləyib.
0