Roberto Donadoni İtaliya milli komandasından qovulub
24.06.2008 - 18:27
Roberto Donadoni İtaliya milli komandasından qovulub
Roma. Elşən Məmmədov - APA-Sport. Futbol üzrə İtaliya milli komandasının baş məşqçisi Roberto Donadoni vəzifəsindən istefa verib. “APA-Sport” agentliyinin məlumatına görə, bu haqda İtaliya Futbol Federasiyasının (FİGC) yaydığı rəsmi açıqlamada bildirilir. Qitə birinciliyinin startınadək 45 yaşlı mütəxəssis FİGC-lə müqaviləsini iki illik uzatmışdı. Lakin müqaviləyə turnirin başa çatmasından 10 gün sonra tərəflərdən birinin anlaşmanı pozmaq hüququna malik olduğu haqda bənd salınmışdı. 2006-cı ildə dünya çempionu olan İtaliya millisi Avstriya və İsveçrədə davam edən Avropa çempionatının ¼ finalında penaltilər seriyasında İspaniya yığmasına uduzaraq, mübarizəni dayandırıb.
0