“Neftçi” klubu İntertoto kubokunda ikinci mərhələyə yüksəlib
29.06.2008 - 10:50
“Neftçi” klubu İntertoto kubokunda ikinci mərhələyə yüksəlib
Bir həftə öncə Bakıda keçirilən ilk oyunda “Nitra” klubuna 2:0 hesabı ilə qalib gələn dördqat Azərbaycan çempionu, bu dəfə rəqibinə 1:3 hesabı ilə uduzub. Oyunun gedişində 0:3 hesabı ilə geridə olan komandamızı növbəti mərhələyə yüksəldən qolu 86-cı dəqiqədə 20 yaşlı braziliyalı legioner Joze Karlos vurub.
“Neftçi” İntertoto kubokunun ikinci mərhələsində Belçikanın “Jerminal” klubu ilə qarşılaşacaq. Komandamız ilk oyununu iyulun 5-də səfərdə, cavab matçını isə 12-də Bakıda keçirəcək.
0