Valentin Xodukin Azərbaycan klublarını avrokuboklara çıxaran həmkarlarından nə ilə fərqlənir?
16.07.2008 - 10:37
Valentin Xodukin Azərbaycan klublarını avrokuboklara çıxaran həmkarlarından nə ilə fərqlənir?
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin Azərbaycan təmsilçisini avrokuboklarda meydana çıxaran 5-ci əcnəbi mütəxəssis olub. “APA-Sport” agentliyinin məlumatına görə, Çempionlar Liqasının birinci təsnifat mərhələsində Makedoniyanın “Rabotniçki” klubu ilə qarşılaşan bakılıların ukraynalı çalışdırıcısı qitə miqyaslı turnirlərdəki debütündə heç-heçə ilə kifayətlənib. 69 yaşlı mütəxəssis ilk matçında bir xal qazanan ilk məşqçi olub. Belə ki, ona qədər klublarımızı avrokuboklara çıxaran 21 mütəxəssisdən 5-i ilk matçında qələbə qazanmışdısa, 16-sı məğlubiyyətə üzülmüşdü. V.Xodukinin əcnəbi həmkarlarına gəlincə, onların ikisi qələbə, ikisi məğlubiyyətlə debüt edib. V.Xodukin həmyerliləri İqor Nakoneçnı və Anatoli Demyanenkonun uğurlu startını təkrarlaya bilməsə də, qələbə qazana bilməyən türkiyəli həmkarları Fuad Yamanla Rasim Karanı arxada qoydu.

Baş məşqçi

klubu

O

Q

H

M

T

X

Anatoli Demyanenko

“Neftçi”

4

2

1

1

5-4

7

İqor Nakoneçnı

“MKT-Araz”

4

1

1

2

1-3

4

Valentin Xodukin

“İnter”

1

0

1

0

0-0

1

Rasim Kara

“Xəzər-Lənkəran”

2

0

0

2

2-5

0

Fuad Yaman

“Karvan”

2

0

0

2

1-4

0



Qeyd edək ki, ümumilikdə əcnəbi çalışdırıcıların rəhbərliyi altında komandalarımız 3 qələbə qazanıb, 3 heç-heçə edib və 7 dəfə məğlub olub.
0