Petar Zlatinov “İnter” - “Rabotniçki” matçının ən yaxşı futbolçusu seçilib
16.07.2008 - 12:57
Petar Zlatinov “İnter” - “Rabotniçki” matçının ən yaxşı futbolçusu seçilib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Makedoniya mətbuatı bolqarıstanlı Petar Zlatinovu “İnter” – “Rabotniçki” matçının ən yaxşı futbolçusu seçib. “APA-Sport” agentliyinin məlumatına görə, həmkarlarımız Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda çıxış edən futbolçuların meydandakı fəaliyyətinə qiymət verib. Matçın ən yaxşısı olan Petar Zlatinov 3 xala layiq görülübsə, işi çox olmayan həmyerlisi, “İnter”in qapıçısı Svilen Semyonova qiymət verilməyib. Bronislav Çervenka, Vladimir Levin, Emin İmaməliyev və Marko Petroviçin oyununu 2,5 xalla dəyərləndirən makedoniyalılar digər futbolçularımıza “2” verib. Düzdür, sonradan meydana çıxan Cavid Hüseynovla Asif Məmmədov da qapıçı kimi qiymətsiz qalıb. “Rabotniçki”nin oyunçuları isə 2-2,5 xalla qiymətləndirilib. Həmkarlarımız oyunun nəticəsindən razı qalaraq 0:0 hesabını böyük uğur kimi dəyərləndirib. Təsadüfi deyil ki, Bakıya ezam olunan makedoniyalı jurnalist oyunun şərhinə “Bakıda qızıl 0-lar” bağlığını seçib.
0