Azərbaycan şahmatçısı İspaniyada keçirilən turnirin vahid lideridir
18.08.2008 - 14:37
Azərbaycan şahmatçısı İspaniyada keçirilən turnirin vahid lideridir
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan şahmatçıları İspaniyanın Manresa şəhərində təşkil olunan beynəlxalq turnirdə uğurlu çıxış edirlər. “APA-Sport” agentliyinin məlumatına görə, VI turdan sonra hesabında 5,5 xal olan Loğman Quliyev yarışın vahid lideridir. Təmsilçimiz növbəti oyununu bu gün Ponnusvami Konquvelə (Hindistan) qarşı keçirəcək. Liderdən cəmi 0,5 xal geri qalan Rəşad Babayev isə reytinq favorit Lazaro Bruzonu (Kuba) sınağa çəkəcək.
Qeyd edək ki, 10 ölkədən 90 şahmatçının qatıldığı beynəlxalq turnir avqustun 20-də başa çatacaq.
0