Azərbaycan milli komandası Ukraynada keçirilən çempionatda gümüş medala layıq görülüb
25.08.2008 - 11:43
Azərbaycan milli komandası Ukraynada keçirilən çempionatda gümüş medala layıq görülüb
Bakı. Kənan Həsənov - APA-Sport. Ukraynanın Lutsk şəhərində 16 yaşadək qızlar arasında Şərqi Avropa Ölkələrinin Zonal Voleybol Assosiasiyasının çempionatı keçirilib. “APA-Sport” agentliyinin Azərbaycan Voleybol Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, milli komandamız yarışı ikinci pillədə başa vurub. Qrup mərhələsində Litva və Ukraynaya qalib gələn yığmamız yarımfinalda Estoniyanı da üstələyib. Ancaq voleybolçularımız həlledici oyunda rusiyalı həmyaşıdlarına uduzaraq, gümüş medalla kifayətləniblər.
Qeyd edək ki, milli komandamız az öncə Belçikada keçirilmiş beynəlxalq turnirin qalibi olub.
0