“Qalatasaray”ın Terimə borcu var
26.09.2008 - 12:03
“Qalatasaray”ın Terimə borcu var
Bakı - APA-Sport. “Qalatasaray” klubunun Türkiyə yığmasının baş məşqçisi Fatih Terimə borcu var. “APA-Sport”un məlumatına görə, bu haqda komandanın sabiq prezidenti Özhan Canaydın açıqlama verib: “Terimin hələ də “Qalatasaray”dan alacaqları var. Amma bunları indiyədək dilinə gətirməyib. Terim alnından öpüləcək bir insandır”.

Terim “Qalatasaray”dan ayrılarkən üzüldüyünü deyən Canaydın onun örnək insan olduğunu vurğulayıb: “Terim çətin durumda olan insana cibindən çıxarıb pul verir. Onun xarakteri belədir. Hamıya yardım etməyə çalışır. Yollarımız ayrılarkən üzülsək də, küsülü qalmadıq”.
0