Meyra “Qalatasaray”ın hədəfini göstərdi
03.10.2008 - 10:13
Meyra “Qalatasaray”ın hədəfini göstərdi
Bakı - APA-Sport. “Çox çətin oyun alındı. Qrupa düşdüyümüz üçün sevinirəm. Eyni zamanda, zədəli futbolçularımıza görə üzülürəm. Möhtəşəm azarkeşlərimizə də təşəkkür edirəm”. “APA-Sport”un məlumatına görə, bu sözləri İsveçrənin “Bellinzona” klubu ilə oyunu şərh edən “Qalatasaray”ın müdafiəçisi Fernando Meyra söyləyib.

Portuqaliya yığmasının da şərəfini qoruyan təcrübəli oyunçu UEFA kubokunda ciddi hədəflərinin olduğunu vurğulayıb: “Zədəli futbolçular heyətə qatılandan sonra qarşımızı kəsəcək əngəl qalmayacaq. Hazırda isə məcburi dəyişiklər edilir və bu oyunumuza təsir göstərir. Biz komanda olaraq finalı hədəf seçmişik”.
0