Kuivasto: “Azərbaycanla oyunda xal itirə bilmərik”
10.10.2008 - 11:43
Kuivasto: “Azərbaycanla oyunda xal itirə bilmərik”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Mənim Azərbaycana qarşı oynayıb-oynamamağım vacib deyil. Əsas komandamızın üç xal qazanmasıdır. Azərbaycan kimi kiçik ölkələrlə oyunlarda xal itirə bilmərik”. “APA-Sport”un məlumatına görə, bu sözləri Finlandiya yığmasının müdafiəçisi Toni Kuivasto deyib.

Milli komandada 73 oyuna 1 qol vuran 33 yaşlı futbolçu Almaniyaya qarşı oynamamağına üzülsə də, sabah millimizə qarşı keçiriləcək oyuna nikbin baxır: “Həmişə meydana çıxmağa hazır olmuşam. Almaniyaya qarşı oynayacağıma əmin idim. Hannu Tihinenin zədələnməsi mənim əsas heyətdə yer almağımı zəruri edirdi. Lakin məşqçi Almaniyada çıxış edən Petri Pasanenə üstünlük verdi. Lakin bunun əhəmiyyəti yoxdur. Kimin oynamasından asılı olmayaraq, Azərbaycanı məğlub edib irəliləməliyik”.
0