Məşq etməyən futbolçu da Azərbaycana qarşı oynamaq istəyir
10.10.2008 - 16:59
Məşq etməyən futbolçu da Azərbaycana qarşı oynamaq istəyir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Finlandiya milli komandasının təcrübəli futbolçusu Yonas Kolkkanın sabah millimizlə oynayıb-oynamayacağı hələ də dəqiqləşməyib. “APA-Sport”un məlumatına görə, Hollandiyanın NAK klubunda çıxış edən futbolçu millinin düşərgəsinə zədə ilə gəldiyindən hələ də məşq etməyib. Fərdi hazırlıq keçən 34 yaşlı yarımmüdafiəçi yığmamıza qarşı sabahkı qarşılaşmanı da buraxmaq istəmir. İndiyədək millidə 88 matçda 11 qol vuran Kolkka Azərbaycana qarşı 6-cı dəfə oynamaq arzusundadır: “Durumum gündən-günə yaxşılaşır. Hələ də komanda ilə məşq keçməmişəm. Amma ümid edirəm ki, Azərbaycana qarşı oyunda iştirak edəcəyəm”.
0