Rəşad Sadıqov - 50
16.10.2008 - 09:24
Rəşad Sadıqov - 50
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasının Bəhreynlə qarşılaşması Rəşad Sadıqov üçün əlamətdar olub. “APA-Sport”un hesablamalarına görə, 26 yaşlı müdafiəçi millidə yubiley - 50-ci oyununu keçirib. 2001-ci il oktyabrın 7-də yığmada debüt edən Sadıqov bu həddə çatan 7-ci futbolçu olub. Millinin kapitanı yığmadakı oyun sayına görə yalnız Aslan Kərimov (80), Mahmud Qurbanov (76), Tərlan Əhmədov (75), Qurban Qurbanov (67), Emin Ağayev (65) və Emin Quliyevdən (52) geri qalır.


0