İTV Zaqataladan futbol göstərəcək?
21.10.2008 - 18:08
İTV Zaqataladan futbol göstərəcək?
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının IX turunda keçiriləcək “Simurq” - “Olimpik” matçı ölkə futbolunun tarixinə düşə bilər. “APA-Sport”un məlumatına görə, İctimai Televiziya (İTV) Zaqataladan ilk canlı futbol yayımını təşkil etmək niyyətindədir. Məsələnin müsbət həllinə çalışan “Simurq” rəhbərliyi işin 99 faiz yoluna qoyulduğunu bildirib.

Oktyabrın 26-da keçiriləcək matçın yayımı baş tutarsa, bu, İTV-nin tamaşaçılarına bölgədən bəxş etdiyi ikinci oyun olacaq. Ötən tur “Xəzər-Lənkəran” və “Neftçi” arasındakı qarşılaşma da məhz bu telekanal vasitəsilə yayımlanmışdı.
0