“Olimpiakos” Türkiyəyə itkilərlə gəlib
22.10.2008 - 15:54
“Olimpiakos” Türkiyəyə itkilərlə gəlib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Yunanıstanın “Olimpiakos” klubu “Qalatasaray”la qarşılaşmaq üçün İstanbula cəmi 18 futbolçu aparıb. “APA-Sport”un məlumatına görə, pireylilərin ispaniyalı baş məşqçisi Ernesto Valverdenin oyunçu seçimi ilə bağlı problemlə üzləşib. Mütəxəssis bu haqda Yunanıstan mətbuatına açıqlamasında bildirib: “Yarımmüdafiəçilər - vitse-kapitan İeroklis Stoltidis və komandanın serbiyalı kapitanı Predraq Corceviç, həmçinin braziliyalı müdafiəçi Leonardo ilə yeni transfer Ntountay İstanbulda bizə kömək edə bilməyəcək. Bu futbolçular zədən sonra yeni ayağa qalxıb. Onlardan başqa Yannis Papadopulos, Raul Bravo, Leonidas Panaqopulos və Mirnes Şişitsi də Türkiyəyə aparmağı məsləhət bilmədik. Onsuz da problemləri onların oynamağına imkan vermir. İtkilərə baxmayaraq “Olimpiakos” İstanbula da qələbə dalınca gedib. Onsuz da hər oyunda qarşımızda yalnız bir məqsəd – 3 xal qazanmaq olur. Qrup mərhələsində uğurlu start götürməyimiz böyük əhəmiyyət kəsb edir. Bu üzdən hər hansı başqa nəticə haqda düşünmürəm”.
0