Azərbaycan bodibildinqçiləri dünya çempionatında
03.11.2008 - 11:03
Azərbaycan bodibildinqçiləri dünya çempionatında
Bakı. Əlibəy Zeynalov - APA-Sport. Azərbaycan bodibildinqçiləri 62-ci dünya çempionatında iştirak etmək üçün Bəhreynin paytaxtı Manamaya yollanıblar. Bu barədə “APA-Sport”a Azərbaycan Bodibildinq Federasiyasının prezidenti Rauf Bünyadəliyev məlumat verib.

Onun bildirdiyinə görə, noyabrın 4-də Manamada start götürəcək kişilər arasında dünya çempionatında ölkəmizin şərəfini iki idmançı qoruyacaq. Bunlar Avropa çempionu Vüqar Verdiyev (100 kq) və qitə birinciliyinin bürünc medalçısı Teymur Aslanovdur (66 kq).
0