AFFA “lipa” ovuna çıxdı
04.11.2008 - 15:51
AFFA “lipa” ovuna çıxdı
Bakı. Mehman Süleymanov - APA-Sport. AFFA 15 və 17 yaşlı futbolçular arasında keçirdiyi ölkə birinciliyi ilə bağlı araşdırmaya başlayıb. “APA-Sport”un assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, AFFA hər iki çempionatda çıxış edən futbolçular arasında yaşların süni sürətdə azaldılmasına qarşı xüsusi komissiya yaradıb. Həmin komissiya yaş azaltmasında şübhəli bilinənləri obyektiv surətdə araşdıracaq. Hər hansı futbolçu “lipa” olarsa, onunla yanaşı, məşqçisi də müvafiq qaydada cəzalanacaq.


0