Keçilməz sədd: 1/16 final
05.11.2008 - 11:08
Keçilməz sədd: 1/16 final
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın gənc qılıncoynadanları Hollandiyanın Amsterdam şəhərində təşkil olunan Avropa çempionatında uğursuzluq zolağından çıxa bilmirlər. “APA-Sport”un məlumatına görə, şpaqaçı oğlanlardan sonra sablyaçı qızlar da zəif çıxış ediblər.

Əsas yığmanın da şərəfini qoruyan Sevil və Sevinc Bünyatova bacılarından yaxşı nəticə gözlənilsə də, onlar etimadı doğrultmayıblar. Sevil mübarizəni 1/16 finalda dayandırıb, Sevinc isə qrup səddini adlaya bilməyib. Digər təmsilçimiz Aysel Mirzəyeva 1/32 finalda uduzub.

Bu gün və noyabrın 7-də komanda yarışları keçiriləcək. Sabah isə şpaqaçı oğlanlar və qızlar nəyə qadir olduqlarını göstərəcəklər.
0