Güləş Federasiyasında yerdəyişmələr
05.11.2008 - 17:38
Güləş Federasiyasında yerdəyişmələr
Bakı – APA-Sport. Noyabrın 20-də Azərbaycan Güləş Federasiyasının (AGF) toplantısı keçiriləcək. “APA-Sport”un məlumatına görə, iclasda AGF-nin strukturunda bir sıra dəyişikliklər ediləcək. Əsas dəyişiklik yunan-Roma güləşi üzrə yığma komandamızın baş məşqçisi Elçin Cəfərovun federasiyada vitse-prezident postuna təyin olunacağı ilə bağlıdır. Bundan sonra Cəfərovun əsas işi ölkəmizdə yunan-Roma güləşinin vəziyyətinə nəzarəti həyata keçirməkdən ibarət olacaq.

49 yaşlı mütəxəssis 2001-ci ildən millimizin baş məşqçisidir. O, baş məşqçi qismində olimpiya və dünya çempionu Fərid Mansurov, olimpiya mükafatçıları və Avropa çempionları Rövşən Bayramov və Vitali Rəhimov kimi pəhləvanlar yetişdirib.

Cəfərov gözlənilən təyinatdan xəbərsiz olduğunu açıqlayıb: “Ola bilsin, artıq yorulduğum və müalicəyə ehtiyacımın olduğunu açıqladıqdan sonra federasiya rəhbərliyi məni nisbətən rahat vəzifədə sınamaq qərarına gəlib. Hər halda, rəhbərliyin istənilən qərarına hörmətlə yanaşacağam”.


Mənbə: lent.az
0