Temrezovla İsayev qitələrarası kubokda bürünc medal uğrunda mübarizə aparacaqlar
07.11.2008 - 16:45
Temrezovla İsayev qitələrarası kubokda bürünc medal uğrunda mübarizə aparacaqlar
Bakı. Kənan Həsənov - APA-Sport. Bu gün Rusiyanın paytaxtı Moskvada sərbəst güləş üzrə MOİK klubunun qitələrarası kuboku uğrunda yarış start götürüb. “APA-Sport”un məlumatına görə, mübarizəyə Azərbaycan yığmasının iki üzvü də qoşulub.

Sonuncu qitə birinciliyinin bürünc mükafatını qazanan Novruz Temrezovla (84 kq) Əli İsayev (120 kq) müvafiq olaraq, Avropa və Asiya yığmalarının heyətində yer alıblar.
Amma rusiyalı legionerlərimizin komandaları turnirin qrup mərhələsində uğursuz çıxış edərək finala yüksələ bilməyiblər.

A qrupunda mübarizə aparan İsayevin komandası İran yığmasına 5:2 hesabı ilə qalib gəlsə də, ardınca MOİK-ə eyni hesabla uduzub. Güləşçimiz hər iki görüşdə qələbə qazanıb. Temrezovun komandası A qrupunda MDB yığması ilə bacarmayıb – 2:5.

Beləliklə, bu gün üçüncülük uğrunda görüşdə Avropa və Asiya yığmaları üz-üzə gələcəklər. Hər iki görüşdə qələbə qazanan MOİK isə finalda MDB kollektivi ilə qarşılaşacaq.
0