“Xəzər-Lənkəran” yarımfinalda uduzdu
15.11.2008 - 15:07
“Xəzər-Lənkəran” yarımfinalda uduzdu
Bakı. Aqşin Əliyev-APA-Sport. Yeniyetmə oğlanlardan ibarət otüstü hokkey komandaları arasında Azərbaycan çempionatı başa çatmaq üzrədir. Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyevin “APA-Sport”a verdiyi məlumata görə, iki yaş qrupu üzrə - 1991-93-cü və 1994-95-ci təvəllüdlü idmançıların yarışında bu gün növbəti oyunlar keçirilib.

15-17 yaşlı hokkeyçilərin çempionatında finalçıların adı müəyyənləşib. “Sumqayıt” yarımfinalda “Xəzər-Lənkəran”a 2:0, Nizami İOEUGİM isə Masallı “Olimp”inə 3:0 hesabı ilə qalib gəlib. Sabah oynanılacaq final matçında “Sumqayıt” Nizami İOEUGİM-ni sınağa çəkəcək.

Həmçinin, sabah 1994-95-ci il təvəllüdlülərin turnirinə yekun vurulacaq. Burada 6 komanda – “Astara”, “Kür” (Mingəçevir), “Olimp” (Masallı), “Təhsil”, UGİM (hər ikisi Sumqayıt) və Nizami İOEUGİM mübarizə aparır. Son tur ərəfəsində “Kür” zirvədə qərarlaşıb.
0