20 ölkə yığması Bakıya gəlməyə razıdır
19.11.2008 - 17:46
20 ölkə yığması Bakıya gəlməyə razıdır
Bakı. Kənan Həsənov – APA-Sport. Noyabrın 23-də Heydər Əliyev adına İdman Konsert Kompleksində hərbçi boksçular arasında XXXXXII dünya çempionatı start götürəcək. Azərbaycan Boks Federasiyasının baş katibi Tofiq Babanlının apasport.az saytına verdiyi məlumata görə, bu nüfuzlu yarışda 30-dək ölkənin iştirakı gözlənilir.

Bu günədək isə 20 ölkə iştirakını rəsmən təsdiqləyib. Azərbaycan yığması noyabrın 30-dək davam edəcək dünya çempionatında tam heyətlə çıxış edəcək.
0