“Bu oyunu UEFA izləsəydi...”
20.11.2008 - 11:26
“Bu oyunu UEFA izləsəydi...”
Albaniya milli komandasının yarımmüdafiəçisi Ervin Bulku Azərbaycanla yoxlama görüşündə hakimliyin səviyyəsindən narazı qalıb. Apasport.az saytının məlumatına görə, rəqib futbolçu gürcüstanlı hakimləri nəticəyə təsir göstərməkdə ittiham edib.

“Hakimliyin səviyyəsini hamı gördü. O, sadəcə dəhşət idi. Daim oyunu saxlayırdı. Bu görüşü UEFA-da izləsəydilər, yəqin ki, lazımi tədbir görərdilər” - deyə Bulku bildirib.

Qeyd edək ki, referi görüşün 45-ci dəqiqəsində albanların müdafiəçisi Elvin Beqiriyə qırmızı vərəqə göstərib.
0