Bu da oldu: hakim iki əli ilə sarı vərəqə göstərdi
26.11.2008 - 10:46
Bu da oldu: hakim iki əli ilə sarı vərəqə göstərdi
Almaniya Bundesliqasında görünməmiş hadisə baş verib. Apasport.az saytının məlumatına görə, noyabrın 23-də keçirilmiş “Maynts” - “Sankt-Pauli” (2:2) matçının baş hakimi Tomas Metzen qeyri-adi hərəkət edərək, futbol tarixinə düşüb.

Belə ki, Metzen oyunun gedişində qaydaları pozan Miroslav Karhan (“Maynts”) və Brunsu (“Sankt-Pauli”) eyni vaxtda cəzalandırıb. Ancaq işin maraqlı tərəfi bundadır ki, hakim sarı vərəqələri hər iki əli ilə göstərib. Bununla da, ədalət təmsilçisi ilkə imza atıb.

Şübhəsiz ki, Metzenin bu hərəkəti Almaniya Futbol İttifaqı rəhbərliyinin xoşuna gəlməyib. Yaxın günlərdə hakimin cəzalandırılacağı istisna deyil.
0