Yığmamız dünya çempionatına qələbə ilə başladı
26.11.2008 - 11:10
Yığmamız dünya çempionatına qələbə ilə başladı
Çernoqoriyanın Pljevlja şəhərində qadın həndbolçular arasında dünya çempionatının seçmə qrup mərhələsinin oyunları start götürüb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması yarışa inamlı qələbə ilə başlayıb.

Rəfiqə Şabanovanın rəhbərlik etdiyi milli komandamız debüt matçında Bolqarıstanı məğlub edib. İlk hissədə nəzərə çarpan üstünlüyə yiyələnən həndbolçularımız görüşü 31:26 (18:10) hesablı qələbə ilə başa vurublar. Yer aldığımız II qrupda daha iki oyun keçirilib: İtaliya - Finlandiya 33:28, Çernoqoriya - Sloveniya 32:22.

Milli komandamız növbəti matçını bu gün İtaliyaya qarşı keçirəcək.

Qeyd edək ki, reqlamentə əsasən , dünya çempionatının pley-off mərhələsinə yalnız bir kollektiv vəsiqə qazanacaq.
0