“Real” “Qalatasaray”la oynayacaq?
26.11.2008 - 12:43
“Real” “Qalatasaray”la oynayacaq?
“Qalatasaray”ın inşa olunan yeni stadionunun açılış mərasimi 2009-cu ilin oktyabrında təşkil olunacaq. Apasport.az saytının məlumatına görə, bu haqda İstanbul klubunun prezidenti Adnan Polat açıqlama verib.

İşlərin nəzərdə tutulan qrafiklə davam etdiyini bildirən Polat açılış matçına İspaniyanın “Real” klubunu dəvət edəcəklərini deyib: “Burada gecə-gündüz iş gedir. Biz də “Qalatasaray”a yaraşan bir açılış mərasimi təşkil etməyi düşünürük. Planımızda “Real”la açılış matçı keçirmək var”.

Qeyd edək ki, “Qalatasaray”ın yeni stadionu 52 min azarkeş tutumuna malik olacaq.
0