Foqts milli komandada yeni futbolçu sınayacaq
27.11.2008 - 12:10
Foqts milli komandada yeni futbolçu sınayacaq
Azərbaycan yığmasına daha bir futbolçu çağırılıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, dekabrın 1-dən 3-dək Bakıda keçiriləcək təlim-məşq toplanışına 17 yaşlı futbolçulardan ibarət milli komandanın qapıçısı Anar Məhərrəmov da dəvət edilib. O, düşərgəyə baxışa və tibbi müayinədən keçməyə dəvət olunub.
Bununla, baş məşqçi Berti Foqtsun rəhbərliyi altında toplanışa qatılacaq oyunçuların sayı 37-yə çatıb.
0