Məhəllələrarası futbol turnirinə yekun vuruldu
27.11.2008 - 16:26
Məhəllələrarası futbol turnirinə yekun vuruldu
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə AFFA-nın birgə təşkil etdiyi məhəllələrarası futbol turnirinə bu gün yekun vurulub. “Star” İdman və Əyləncə Kompleksində yarışın üçüncü yer uğrunda və final oyunu keçirilib. Üçüncü yer uğrunda qarşılaşmada Sabunçu və Zəngilan komandaları üz-üzə gəliblər. 3:1 hesabı ilə qalib gələn Zəngilan komandası üçüncü yeri tutub.
AFFA-nın İnformasiya və ictimaiyyətlə Əlaqələr departamentindən apasport.az saytına verilən məlumata görə, finalda Əzizbəyov və Binəqədi kollektivləri qarşılaşıb. Əzizbəyov komandası 4:1 hesabı ilə qələbə qazanaraq yarışın qalibi adına yiyələnib.
Oyunlar başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və AFFA-nın nümayəndəsi Asim Xudiyev qaliblərə diplom və hədiyyələr təqdim ediblər.
0