Kaka “Milan”dan ayrılır
27.11.2008 - 16:39
Kaka “Milan”dan ayrılır
Braziliya yığmasının və “Milan” klubunun üzvü Kaka İtaliyanı tərk etmək istəyir. Apasport.az saytının məlumatına görə, bu haqda istedadlı yarımmüdafiəçinin özü açıqlama verib.

“Bunun nə zaman baş verəcəyini bilmirəm. Amma İngiltərədə oynamaq əla olardı. Premyer Liqada yetərincə dostum var. Onlardan biri də Robinyodur. Onunla şərəfini qoruduğu “Mançester Siti” klubu haqda çox danışırıq” - deyə Kaka bildirib.

Qeyd edək ki, “Mançester Siti”nin bir müddət öncə Kaka ilə maraqlandığı haqda xəbərlər yayılıb.
0