Almaniya - Türkiyə oyunu UEFA-nı yarım milyon avro ziyana salıb
01.12.2008 - 18:08
Almaniya - Türkiyə oyunu UEFA-nı yarım milyon avro ziyana salıb
Bu ilin yayında Avropa çempionatında Almaniya və Türkiyə milli komandaları arasında keçirilmiş yarımfinal matçı UEFA-nı yarım milyon avro ziyana salıb. Apasport.az saytının məlumatına görə, Mişel Platininin başçılıq etdiyi futbol qurumu bu məbləği görüşü yayımlayan Almaniyanın ZDF telekanalına ödəyəcək. Buna səbəb isə həmin matçda siqnalın itməsi nəticəsində yayımın 18 dəqiqə kəsilməsidir.

Televiziya tamaşaçıları nə 79-cu dəqiqədə alman hücumçu Miroslav Kloze, nə də bundan 4 dəqiqə sonra Semih Şəntürkün vurduğu qolu görə biliblər. Mavi ekran qarşısında oyuna baxanlar yayım bərpa ediləndə Filipp Lamın fərqləndiyi epizodu görüblər. Bu, Almaniya yığmasına qələbə qazandıran top olub və 3:2 hesabı ilə qalib gələn Yoahim Lövün yetirmələri finala vəsiqə qazanıblar.
0