Milli komandamızda braziliyalı baş məşqçi
02.12.2008 - 11:27
Milli komandamızda braziliyalı baş məşqçi
Azərbaycan futzal yığmasına yeni baş məşqçi təyin olunub. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, bundan sonra milli komandamızı braziliyalı Joze Alesio da Silva çalışdıracaq.

Silva yığmamızda işləyən ilk braziliyalı mütəxəssis kimi futzal tariximizə düşəcək. O, baş məşqçi postunda rusiyalı Andrey Yudini əvəzləyib. Yudin 2007-ci ilin dekabrından 2008-ci ilin martınadək milli komandamıza rəhbərlik edib. AFFA rəsmiləri dünya çempionatının seçmə qrup mərhələsində uğur qazana bilmədiyi üçün rusiyalı məşqçi ilə yollarını ayırıb.
0