Finlandiya da “Birlik kuboku”na qatıldı
05.12.2008 - 10:27
Finlandiya da “Birlik kuboku”na qatıldı
“MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin iştirakçılarının tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2009-cu ilin yanvarın 17-dən 26-dək Rusiyanın paytaxtı Moskvada keçiriləcək yarışın 16-cı komandası Finlandiyanın “İnter” klubu olacaq.

Serbiyanın turnirdən imtina etməsindən sonra boş qalan yeri skandinaviyalıların tutması püşkatmanın vaxtının növbəti dəfə dəyişdirilməsinə səbəb olub. “Futbol Evi”ndə keçiriləcək tədbir dekabrın 1-nə nəzərdə tutulsa da, serblərə görə ayın 8-nə ertələnmişdi. Finlandiya təmsilçisi ilə razılığa gəlinməsindən sonra püşkatma bu gün keçiriləcək.

Qeyd edək ki, “Birlik kuboku”nda Azərbaycanın şərəfini “İnter” qoruyacaq.
0