Quiza transferə çıxarıldı
07.12.2008 - 10:06
Quiza transferə çıxarıldı
“Fənərbaxça” rəhbərliyi komandanın ispaniylı hücumçusu Daniel Quizanı transferə çıxarıb. Apasport.az saytının məlumatına görə, bununla bağlı Türkiyə mətbuatında xəbər yayılıb.

İstanbul klubunun rəsmiləri 28 yaşlı futbolçunun məhsuldarlığından narazıdırlar. Məsələ burasındadır ki, yayda 16 milyon avroya transfer edilmiş Quiza cari mövsümdə “sarı-lacivərdlilər”in heyətində cəmi 6 qola (3 qol Türkiyə Superliqasında, 3 qol Çempionlar Liqasında ) imza atıb və ümidləri doğrultmayıb.

Halbuki, Daniel ötən mövsüm “Malyorka”da oynayarkən, 27 qolla İspaniya çempionatının bombardiri olmuşdu. Avropa çempionunun hazrıda zəif təsir bağışlaması isə şəxsi həyatındakı problemlərlə əlaqələndirilir. Xüsusilə, sevgilisi Nuria Bermudeslə münasibətlərinin korlanması futbolçunun oyununa birbaşa təsirini göstərib.

Məlumata görə, “Fənərbaxça” rəhbərliyi dövrələrarası fasilədə Quizanı elə alınan qiymətə - 16 milyon avroya satmaq istəyir. İspaniyalının əvəzinə, komandaya təcrübəli bir hücumçunun cəlb olunması planlaşdırılıb.
0