“Neftçi”nin futbolçusu Almaniyaya yollandı
09.12.2008 - 13:58
“Neftçi”nin futbolçusu Almaniyaya yollandı
Bakının “Neftçi” klubunun və milli komandamızın üzvü Rail Məlikov Almaniyaya yollanıb. Apasport.az saytının məlumatına görə, səfərdə başlıca məqsəd cərahiyyə əməliyyatı olunmaqdır.

Belə ki, gənc müdafiəçi ayağındakı ağrılardan əziyyət çəkir. Almaniyada cərrah stoluna uzanacaq Railin müalicəsinə 3 həftə tələb olunur. Güman ki, o, gələn il yanvarın 6-da start götürəcək “Neftçi”nin təlim-məşq toplanışınadək sağalacaq.
0