Nardaranda “Təcrübəsizlərin Prizi” - FOTO
12.12.2008 - 19:23
Nardaranda “Təcrübəsizlərin Prizi”  - FOTO
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Dağ İdman Klubu 17 nəfərin (8 qadın və 9 kişi) iştirakı ilə Nardaran qayalıqlarında “Təcrübəsizlərin Prizi” adlı qayayadırmanma yarışı keçirilib. Aapasport.az saytının məlumatına görə, yarış alpinizmin bolderinq və hərəkət sürəti müəyyənetmə formatında aparılıb. Rauf Zeynalov 8 marşrutu və cütlükdə çox yaxşı templə hərəkətinə görə 1-ci yeri tutub. Əhməd Eyvazov və Etibar Məmmədov müvafiq olaraq II və III yerləri bölüşüblər. Qadınlardan isə Alla Sırovkina fərqlənib.

Qala-Altı dağ massivində isə Dağ İdman Klubu piyada turizmi üzrə klub yarışı keçirilib.
Yarışda iştirak edən hər bır komandanın tərkibində iki təcrübəli və dörd təcrübəsiz idmançı olub. Komanda kapitanları çıxışlarda sərbəst olduqlarından yarışa hakimliyi öz üzərlərinə götürməklə, hakimsizlik problemini həll ediblər. Kapitanlar komandaları özləri hazırlaşdırdıqları və hakim rolunda ilk dəfə çıxış etdikləri üçün onlar gərgin işləməli olublar. Yarışın keçirilmə yerinə (Qala-Altı) gələnlər məsafə ilə öz yerlərini tutmuş, təchizatla təmin olunduqdan sonra əsas qrupun gəlişini gözləmişlər.

“Müşaiyətçi ilə zərərçəkmişin yoxuşu” adlı mərhələ üçün məsafə uzun lakin maraqlı alınmışdı. İdmançılara qaldıqları pansionatın qapısından meşənin cığırsız keçməklə qalaya tərəf dik yoxuşu qət etmək lazım idi. Sonra qalaya qədər qalxma və “Müşaiyətçi ilə zərəzçəkmişlə eniş” mərhələsi üçün eniş yolu seçilib.

Növbəti mərhələ zərərçəkənin xərəklə götürmə və lazımi məntəqəyə köçürülməsi olub. Burada komanda zərərçəkənin yerləşdirilməsi və köçürülməsindən asılı olan üsullar göstərilmiş və müvafiq zədə haqqında bilet tərtib edilib. Bu mərhələ eniş və meşənin dik yamacı ilə həyata keçirilib.

Nəhayət sonda - final.

Yarışda hər birində 6 nəfər olmaqla 6 komanda iştirak edirdi. Son nəticələr mərhələlərdən keçmə vaxtı və cərimələr nəzərə alınmaqla hesablanmışdır:

1 yer “Jilberme”- 62,5 bal
2 yer “Cin”- 73,5 bal
3 yer “Duman kirpiləri” -79,5 bal
4 yer “2K4L”- 110,5 bal
5 yer “Sübh şəfəqləri”- 153,5 bal
6 yer “Yazıq Maşa”- 177,5 bal
0