Azərbaycan yığmasında iki ukraynalı legioner - FOTO
17.12.2008 - 18:09
Azərbaycan yığmasında iki ukraynalı legioner - FOTO
Kanoe qayıqlarında avarçəkmə üzrə Azərbaycan milli komandasına 2 yeni idmançı cəlb olunub. Apasport.az saytının Milli Avarçəkmə Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, əvvəllər Ukrayna yığmasının heyətində 2 nəfərlik qayıqla çıxış etmiş Sergey Bezuqlıy və Maksim Prokopenko bundan sonra ölkəmizin şərəfini qoruyacaqlar.

24 yaşlı kanoeçilər indiyədək 2 nəfərlik qayıqda olimpiya oyunlarının proqramına salınan 500 və 1000 metrlik məsafələrə yürüşdə mübarizə aparıblar. Onlar 1000 metrlik məsafəyə yürüşdə 2006-cı il dünya çempionatında bürünc, builki Avropa çempionatında isə gümüş medal qazanıblar. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında da çıxış edən Bezuqlıy – Prokopenko dueti 500 metrlik məsafəyə yürüşdə finala vəsiqə qazanıb. Həlledici mərhələdə isə bu məsafəni 1 dəqiqə 44,157 saniyəyə qət edən cütlük 8-ci yeri tutub.
0