Əlvida, “Azərreyl”!
19.12.2008 - 00:17
Əlvida, “Azərreyl”!
Qadın voleybolçulardan ibarət Bakının “Azərreyl” klubu qitəmiqyaslı yarışlarda çıxışını dayandırıb. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv “Çağırış kuboku” turnirində Macarıstanın “Betonat-NRK” komandasına uduzub.

“Azərreyl” ilk matçda 3:2 hesablı qələbə qazanmasına baxmayaraq, səfərdə məğlubiyyətlə üzləşib. “Betonat-NRK” Bakı təmsilçisi ilə görüşdə əlverişli nəticəyə nail olub - 3:1. Macarıstanlılar setlərin daha fərqinə görə, mərhələ adlayıblar.

Qeyd edək ki, “Azərreyl” cari mövsüm öncə CEV kuboku uğrunda yarışda mübarizə aparırdı. Lakin volybolçularımız bu turnirin 1/16 finalında Hollandiyanın “Lonqa 59” komandasına uduzduqlarından, nisbətən aşağı səviyyəli yarış sayılan “Çağırış kuboku”na qatılmışdılar.
0