Elnur Məmmədlinin mükafatı gəlib çıxdı
23.12.2008 - 21:08
Elnur Məmmədlinin mükafatı gəlib çıxdı
2008-ci ildə Avropanın ən yaxşı cüdoçusu seçilən Azərbaycan yığmasının üzvü Elnur Məmmədliyə veriləcək mükafat artıq Bakıya çatıb. Apasport.az saytının məlumatına görə, Avropa Cüdo İttifaqının rəhbərliyi 20 yaşlı olimpiya çempionumuza medal və fəxri diplom göndərib.

Elnur Məmmədli özü isə hələlik bu mükafatlara sahib çıxa bilməyib. Ola bilsin ki, medal və diplomun təqdimatı üçün təntənəli mərasim keçirilsin. Çünki Məmmədli Azərbaycan idman tarixində Avropanın ən yaxşısı olan ikinci cüdoçudur. İlk dəfə həmvətənlərimizdən bu ada 1992-ci ildə Barselona Olimpiadasının qalibi Nazim Hüseynov layiq görülüb.
0