Soyunan olimpiya çempionları: gözəllik və güc bir arada! FOTO
06.01.2009 - 17:31
Soyunan olimpiya çempionları: gözəllik və güc bir arada!  FOTO
XXIX Pekin Yay Olimpiya Oyunlarında qızıl medallara sahib çıxan Ukraynanın qılıncoynatma yığmasının üzvləri “XXL” adlı kişi jurnalı üçün soyunublar. Apasport.az saytının məlumatına görə, Olqa Xarlan, Olqa Jovnir və Yelena Xomrovaya bədənlərinin incə yerlərini nümayiş etdirməklə, gözəllik və gücün bir arada olduğunu əyani şəkildə sübuta yetiriblər.

Qılıncoynatmanın sablya növü ilə məşğul bu gözəl qızlar Pekində çox çətinliklə qalib gəliblər. Onlar Rusiya və ABŞ-dan olan rəqiblərini dramatik mübarizənin sonunda yarışdan kənarlaşdırıblar. Ev sahiblərinə qarşı keçirilən final görüşündə isə Ukrayna milli komandası cəmi 1 xal üstünlüyü ilə qələbə qazanıb.

Bax, belə! Vətənə qızıl medalla qayıtdıqdan sonra Olqa Xarlan, Olqa Jovnir və Yelena Xomrovaya olimpiadanın dadını “XXL” jurnalına soyunmaqla çıxarıblar.
0