Vasif Əliyev “Giresunspor”dan qovuldu
08.01.2009 - 10:55
Vasif Əliyev “Giresunspor”dan qovuldu
Türkiyənin birinci liqasında mübarizə aparan “Giresunspor” klubunun baş məşqçisi Əli Ərən dörd futbolçunu komandadan qovub. Apasport.az saytının məlumatına görə, “Bucaspor”la yoxlama oyununda məğlubiyyətdən sonra rəhbərliyə hesabat verən çalışdırıcı azərbaycanlı futbolçu Vasif Əliyevin də heyətdən çıxarılmasını istəyib.

“Bakılı”nın sabiq yarımmüdafiəçisi “Giresunspor”la ötən ay yarım illik müqavilə bağlamışdı. Onunla yanaşı, Türkiyə komandasından braziliyalı Aleksandor, həmçinin “Sarıyer”dən alınan Müzəffər və Erkan Martin də qovulub.

Qeyd edək ki, “Giresunspor”un “Bucaspor”a 0:3 hesabı ilə məğlub olduğu qarşılaşmada bu dörd futbolçudan yalnız biri, Müzəffər meydana çıxıb. Vasif isə giresunluların yoxlama matçında iştirak etmədən heyətdən kənarlaşdırılıb.
0