“Bakı”nın məşqçiləri Terim, Araqones və Kapello ilə bir yerdə
12.01.2009 - 14:42
“Bakı”nın məşqçiləri Terim, Araqones və Kapello ilə bir yerdə
“Bakı” klubunun məşqçiləri Məqsəd Yaqubəliyevlə Yüksəl Kepoğlu Türkiyə Futbol Federasiyasının təşkil etdiyi konqresdə iştirak etmək üçün Antalyaya yollanıblar. Apasport.az saytının məlumatına görə, 21-ci Beynəlxalq Məşqçilərin hazırlığı ilə bağlı konqres bu gün və sabah Antalyadakı “Kremlin” otelində keçiriləcək. Türkiyədən və xaricdən gələn hər bir kateqoriyalı mütəxəssisin iştirakı üçün açıq olan seminar məşqçilərin savadının artırmasına kömək etmək, futbolla bağlı mövzularda müzakirələr aparmaq məqsədi daşıyır. Antalyada futbolçuların yetişdirilməsi ilə bağlı müxtəlif məşq proqramları, idmançının psixologiyası və 15 yaşa qədər yeniyetmə futbolçuların texniki və taktiki hazırlanması üçün mühazirələr söyləniləcək.
Qeyd edək ki, konqresdə iştirak etmək üçün ödəniş tələb olunmur.
0