Ziba Azərbaycana gəlir
12.01.2009 - 14:45
Ziba Azərbaycana gəlir
Makedoniyalı futbolçu Adriyan Ziba karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Makedoniya çempionatının aşağı dəstəsində mübarizə aparan “Drita” klubunun oyunçusu təmsilçilərimizdən biri ilə razılıq əldə edib. Bu barədə Makedoniya mətbuatına məlumat verən Ziba keçəcəyi komandanın adını gizli saxlamağı lazım bilib. Bu ölkənin birinciliyində Kosovonu təmsil edən “Drita”nın oyunçusu artıq legioner həyatını başlayacağını düşünür.

Qeyd edək ki, Zibanın komandası ölkə çempionatının birinci dövrəsindən sonra ikinci dəstədə beşinci yerdə qərarlaşıb.
0