Milli komandamız Dünya Kubokuna ikinci heyətlə yollanacaq
15.01.2009 - 12:35
Milli komandamız Dünya Kubokuna ikinci heyətlə yollanacaq
Kişilərdən ibarət cüdo üzrə Azərbaycan milli komandası yanvarın 24-25-də Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək Dünya Kubokunda ikinci heyətlə çıxış edəcək. Bu haqda apasport.az saytına məlumat verən yığmanın baş məşqçisi Ağayar Axundzadənin sözlərinə görə, əsas heyət üzvləri daha nüfuzlu yarışlara hazırlaşırlar.

Axundzadə bildirib ki, Dünya Kubokuna olimpiya çempionu Elnur Məmmədli, Pekin Olimpiadasının bürünc mükafatçısı Mövlud Mirəliyev, həmçinin Elxan Məmmədov, Ramil Qasımov və Elxan Rəcəbli heç biri aparılmayacaq: “Gürcüstanda əsasən gənc və perspektivli cüdoçuları sınayacağıq. Əsas yığmanın üzvləri isə fevralda Fransada təşkil olunacaq Qrand Şlemdə mübarizə aparacaqlar”.

Dünya və Avropa çempionatından sonra ən nüfuzlu turnir sayılan Qrand Şlem fevralın 7-8-də baş tutacaq. Bu, Pekin Yay Olimpiya Oyunlarının ardından Elnur Məmmədli və Mövlud Mirəliyevin ilk yarışı olacaq.
0