Bekhem 18 milyon dollara soyundu - FOTO
16.01.2009 - 13:04
Bekhem 18 milyon dollara soyundu - FOTO
“Milan”ın ingiltərəli futbolçusu Devid Bekhemin həyat yoldaşı Viktoriya Bekhem növbəti dəfə yarımçılpaq pozalar verib. Apasport.az saytının məlumatına görə, “Spice Girls” qrupunun keçmiş üzvü Viktoriya “Armani” firmasının qadın alt paltarlarını reklam edib.

34 yaşlı müğənninin çarpayıdakı şəkillərini türkiyəli Mert Alaş və onun şəriki Markus Piqqott çəkib. Bu reklam layihəsi “Armani” rəhbərliyini əməlli-başlı xərcə salıb. Viktoriya ABŞ-ın Los Anceles şəhərində çəkdirdiyi bir neçə şəkil müqabilində 18 milyon dollar qazanıb.

Maraqlıdır ki, öncə Devid Bekhem də “Armani”nin kişi alt paltarlarını reklam etmişdi. Deyəsən, Viktoriya “qalma ərindən dala...” prinsipinə əsaslanıb, analoji addım atıb.
0