“Qalatasaray”ın sabiq hücumçusu “Birlik kuboku”na göndərildi
16.01.2009 - 14:22
“Qalatasaray”ın sabiq hücumçusu “Birlik kuboku”na göndərildi
“Qalatasaray”ın sabiq hücumçusu Hasan Kabze “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində çıxış edəcək. Apasport.az saytının məlumatına görə, türk futbolçu ötən mövsüm Rusiya çempionluğunu qazandığı Kazanın “Rubin” klubunun heyətində Antalyadakı təlim-məşq toplanışından kənarlaşdırılıb. Kabze Bakı “İnter”inin də iştirak edəcəyi yarışa göndərilib. “Birlik kuboku” üçün heyətinə son anda əl gəzdirən “Rubin” iştirak ərizəsinə əsas komandadan 9 futbolçunun adını da daxil edib. Ancaq onlar arasında Hasandan fərqli, digər türk futbolçu Gökdəniz Karadənizin adı yoxdur. Çünki Karadəniz “Rubin”in liderlərindən biri sayılır və onu sintetik örtüklü meydançada keçirilən turnirdə çıxış etməsi məqsədəuyğun sayılmayıb. Ötən yay Türkiyə yığmasının heyətində Avropa çempionatının bürünc medalçısı olan Gökdəniz “Rubin”in əsas komandası ilə Antalyada hazırlığını davam etdirir.
0