Rusiya Futbol İttifaqının Hakim-İnspektorlar Komitəsinin sədri Aleksey Spirin Bakıya gəlir
16.01.2009 - 16:54
Rusiya Futbol İttifaqının Hakim-İnspektorlar Komitəsinin sədri Aleksey Spirin Bakıya gəlir
Fevralın 5-də AFFA-nın inzibati binasında hakimlər üçün növbəti seminara start veriləcək. Bu haqda apasport.az saytına AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib. Seminarı Rusiya Futbol İttifaqının Hakim-İnspektorlar Komitəsinin sədri, FİFA və UEFA-nın təlimatçısı Aleksey Spirin aparacaq. O , yerli hakimlərə oyunları daha yaxşı idarə etməyin üsullarından danışacaq, onlara yeni qaydaları çatdıracaq. Tədbir 3 gün davam edəcək.
0