Ramon Kalderon istefa verdi
16.01.2009 - 17:58
Ramon Kalderon istefa verdi
İspaniya çempionu “Real”ın prezidenti Ramon Kalderon nəhayət, bu gün istefa verib. Apasport.az saytının məlumatına görə, 57 yaşlı futbol funksioneri qərarını Madrid klubunun Direktorlar Şurasının toplantısından sonra açıqlayıb. Onun tutduğu vəzifədən vaxtından qabaq getməsi xoşagəlməz məqamlarla bağlıdır.

Belə ki, Kalderon “Real”ın 2009-cu il üçün maliyyə balansını saxtalaşdırmaqda günahlandırılır. Demə, dekabrın 7-də İdarə Heyətinin yığıncağı zamanı səsvermədə bu hüquqa malik olmayan şəxslər də iştirak ediblər. Nəticədə Kalderonun İdarə Heyətinin üzvü olmayan oğlu və oğlunun dostlarının da onun lehinə səs verdikləri üzə çıxıb.

“Kral klubu”na müvəqqəti olaraq, vitse-prezident Visente Balud rəhbərlik edəcək. Tezliklə yeni prezident seçkilərinin vaxtı müəyyənləşəcək.
0