Ramal Hüseynov da “Kocaelispor”dan ayrılır
16.01.2009 - 18:10
Ramal Hüseynov da “Kocaelispor”dan ayrılır
“Burda işlərim yaxşıdır. Komanda rəhbərliyi məni bəyənir və komandada görmək istəyir”. Bunu apasport.az saytına açıqlamasında Türkiyənin “Kocaelispor” klubunda baxışda olan Ramal Hüseynov deyib.

Kocaeli təmsilçisinin heyətində “İzmirspor”la yoxlama oyununda 90 dəqiqə meydanda olan 25 yaşlı yarımmüdafiəçi bildirib ki, komandanı kimin çalışdıracağı hələ də məlum deyil: “Bütün günü baş məşqçi axtarırlar. Bu səbəbdən mənimlə müqavilə məsələləri danışılmayıb. Baş məşqçi məsələsinin həllini gözləyirlər. Həmin vaxt heyətlə yeni çalışdırıcının fikirləri öyrəniləcək və danışıqlardan sonra qərar veriləcək. Yəni, məsələnin həlli 50-nin 50-yədir. Komanda artıq Antalyadakı təlim-məşq toplanışını başa vurub, Kocaeliyə qayıdır. Mən də sabah Bakıya dönmək fikrindəyəm. Çünki komanda iki günlük istirahətə buraxılır”.
0