“Xəzər-Lənkəran” konkret qərar qəbul edə bilmir
17.01.2009 - 12:51
“Xəzər-Lənkəran” konkret qərar qəbul edə bilmir
Qazaxıstanın “Atırau” klubu Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Xəzər-Lənkəran”la görüşmək istəyir. Apasport.az saytının məlumatına görə, yüksək liqa təmsilçisi Lənkəran təmsilçisi ilə qüvvələrini sınamaqda maraqlı olduqları üçün sabah yoxlama oyunu keçirməyi təklif ediblər. Ancaq “Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryov hələ qəti söz demədiyi üçün görüşün baş tutması sual altındadır. Komandanın məşqçilərinin hazırlıq planları ilə əlaqədar yoxlama oyununun bir neçə gün ertələnəcəyi istisna olunmur.

Qeyd edək ki, “Xəzər-Lənkəran” Antalyadakı hazırlıq prosesində Qazaxıstanın digər yüksək liqa təmsilçisi “Aktobe”ni görüşərək, 3:1 hesabı ilə qələbə qazanıb. Son yoxlama oyununu dünən keçirən komandamız Rusiyanın birinci divizion klubu “Salyut-Enerji”yə 1:2 hesabı ilə uduzub.
0